8 iyun 2016 12:40
PFL transfer dönəmlərinin vaxtını açıqladı
2016/2017-ci illər mövsümündə Azərbaycanda keçiriləcək liqalar üçün transfer dönəminin vaxtları müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, yay transfer dönəmi 9 iyun – 31 avqust tarixlərini, qış transfer dönəmi isə 4 yanvar – 31 yanvar tarixlərini əhatə edəcək.
