8 iyun 2016 12:20
Neftçi Gürcüstan klubları ilə danışıq aparır
"Neftçi" Türkiyə toplanışı çərçivəsindəki yoxlama oyunları üçün rəqib axtarışını davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu hazırda Gürcüstanın iki təmsilçisi - "Çixura" və "Samtrediya" ilə danışıq aparır.
Onlardan biri "ağ-qaralar"ın rəqibi olacaq.
Qeyd edək ki, "Neftçi"nin hələlik, bir rəqibinin kimliyi dəqiqləşşib. Vəli Qasımov yetirmələrini Rumıniya "Yasi"si ilə oyunda sınaqdan keçirəcək.
