8 iyun 2016 11:20
Qəbələnin yeni transferi İspaniyaya qarşı oynamadı
Gürcüstan yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, qonşu ölkə təmsilçisi İspaniya ilə qarşılaşıb.
Görüş gürcülərin Avropa çempionu üzərində sensasion qələbəsi ilə yekunlaşıb - 1:0.
Son mövsümü "İnter"də keçirən, bu yay "Qəbələ"yə keçən yarımmüdafiəçi Nika Kvekveskiri ispanlarla görüşdə meydana buraxılmayıb.
