7 iyun 2016 19:30

Qəbələ yay hazırlıq planını açıqladı

"Qəbələ”nin yay hazırlıq planı müəyyənləşib. Azerisport.az klub saytına istinadla xəbər verir ki, Topaz Premyer Liqasının 2015-2016-cı illər mövsümündən sonra istirahətə buraxılan “qırmızı-qaralar” iyunun 10-da bir araya gələcək.

Komanda 2016-2017-ci illər mövsümünə hazırlığın 1-ci mərhələsini keçirmək üçün Bakıda toplaşacaq. "Qafqaz City Hotel"də məskunlaşacaq “Qəbələ” iyunun 15-dək paytaxtda toplanışda olacaq. Roman Qriqorçukun yetirmələri bu müddətdə məşqlərini “Bakı” Futbol Klubunun bazasında gerçəkləşdirəcək.

Hazırlıq prosesinin 2-ci mərhələsini ölkə xaricində keçirəcək “qırmızı-qaralar” təlim-məşq toplanışı üçün Gürcüstana yollanacaq. Komanda iyunun 16-dan 26-dək Tiflisdə hazırlıq keçəcək. “Qəbələ” qonşu ölkədə 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Bu qarşılaşmalardan ikisindəki sınaqçı rəqiblər artıq bəllidir. “Qırmızı-qaralar” ayın 18-də Qorinin “Dila” kollektivi ilə qarşılaşacaq. 1949-cu ildə yaradılan bu komanda başa çatan mövsümdə Gürcüstan çempionatının bürünc mükafatını qazanıb. Bununla da UEFA Avropa Liqasına vəsiqə qazanan Qori təmsilçisi ölkə kubokunda da yarımfinala qədər irəliləyib. “Dila” 67 illik tarixində Gürcüstan çempionluğu (2014/2015) və ölkə kubokunun qalibi (2011/2012) titullarını qazanıb. Bu matçdan 4 gün sonra – iyunun 22-də “Qəbələ” Bolnisinin “Sioni” klubu ilə üz-üzə gələcək. Gürcüstan kubokunun finalında Tbilisi “Dinamo”suna 0:1 hesabı ilə uduzan Bolnisi təmsilçisi avrokuboklara vəsiqəni əldən verib. “Sioni” ötən mövsümü 5-ci pillədə başa vurub. 1936-cı ildə yaradılan klubun 80 illik tarixində Gürcüstan çempionu (2005/2006), ölkə kubokunun (2003) və Superkubokunun (2006) qalibi titulları var.

Hazırlıq prosesinin son günündə - iyunun 26-da daha bir matça çıxacaq "Qəbələ" mümkün variantlar arasında seçim edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.