7 iyun 2016 19:00
Ruslan Qurbanov: Neftçi hələ mənə heç nə təklif etməyib
Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanov bəyan edib ki, hələ "Neftçi"də qalıb-qalmayacağı tam dəqiqləşməyib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi" hələ mənə heç nə təklif etməyib. Bakıya qayıdan kimi, klub rəhbərliyi ilə görüşüb, gələcək əməkdaşlığımızı müzakirə edəcəyəm. İndi şəxsi işlərimlə əlaqədar ölkədə deyiləm. İyunun 13-də Bakıya dönəcəyəm. Rəhbərliklə də o vaxt görüşüm olacaq".
