7 iyun 2016 18:00
İbrahim Şehiç Yaponiya üzərində qələbədə pay sahibi oldu
Yaponiyada təşkil olunan "Kirin Cup" turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, final oyununda meydan sahibi Yaponiya ilə Bosniya-Herseqovina yığması qarşılaşıb.
Hesabı yaponlar açsa da, bosniyalılar qalan dəqiqələrdə iki qol vuraraq, əzmkar qələbə qazanıblar - 2:1.
Qeyd edək ki, bosniyalıların qapısını ilk dəqiqələrdən sonadək "Qarabağ"ın qapıçısı İbrahim Şehiç qoruyub.
