7 iyun 2016 16:00
Sumqayıt qapıçısı ilə yeni müqavilə imzaladı
"Sumqayıt" Futbol Klubu Amil Yunanovdan sonra daha bir üzvünü heyətdə saxlayıb. Azerisport.az xəbər verir ki, qapıçı Tərlan Əhmədli klubla daha bir illik sazişə imza atıb.
Qeyd edək ki, 1994-cü il təvəllüdlü Tərlan Əhmədli 2015/2016 mövsümündə "Sumqayıt" FK-nın heyətində 9 qarşılaşmada 689 dəqiqə meydanda olub.
