7 iyun 2016 15:40
"Azərbaycan və SSRİ veteranlarının yoldaşlıq matçını keçirməyi planlaşdırırıq"
"Neftçi" veteranları futbol klubunun rəhbəri Oqtay Abdullayev İsgəndər Cavadovun 60 illiyi ilə bağlı planlaşdırdıqları tədbirlərdən söz açıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Avqustda İsgəndər Cavadovun 60 illik yubileyi qeyd olunacaq. Bununla əlaqədar keçmiş SSRİ veteranları ilə Azərbaycanın veteran futbolçuları arasında yoldaşlıq görüşü keçirmək istəyirik. Hələ büdcənin necə olacağını bilmirik. Amma bu, mütləq olmalıdır. Çünki veteranlar Azərbaycana elə-belə gəlməyəcəklər. Matçı yüksək səviyyədə keçirmək istəyirik. Şübhəsiz ki, SSRİ yığmasında Gürcüstan, Ukrayna və Rusiyadan olan veteran futbolçular yer alacaq".
