Qarabağ Rostovla qarşılaşacaq
Azərbaycan çempionu "Qarabağ" hazırda istirahətdədir. Azerisport.az xəbər verir ki, yeni mövsümün hazırlıqları üçün iyunun 16-da toplaşacaq komanda təlim-məşq toplanışı üşün Avstriyaya yollanacaq.
Son 2 ildə olduğu kimi, bu dəfə də Ağdam klubu Avstriya- Almaniya sərhədinə yaxın Kössen qəsəbəsində hazırlıq keçəcək. Çempionlar Liqasının ikinci təsnifat mərhələsində çıxış edəcək komanda buna qədər 4 yoxlama oyunu keçirməyi planlaşdırır.
"Qarabağ" ilk görüşünə iyunun 25-də çıxacaq. Qurban Qurbanovun yetirmələri Avstriya təmsilçisi "Vakker İnnsbruk"la hazırlıq keçəcəyi kompleksin meydançasında qarşılaşacaq.
Ağdam klubunun 2-ci hazırlıq qarşılaşması iyunun 28-də baş tutacaq. Komanda qeyd olunan gün cari mövsüm sürpriz çıxışıyla diqqət çəkərək Rusiya Premyer Liqasını gümüş medallarla bitirərək ölkəsini Çempionlar Liqasında təmsil edəcək "Rostov"la qarşılaşacaq.
"Qarabağ"ın son 2 hazırlıq qarşılaşaması 1 və 5 iyula planlaşdırılıb. (klub saytı)
