7 iyun 2016 14:20
Oqtay Abdullayev: Sponsor məsələsini həll edə bilsək, elitada çıxış edə bilərik
"Turan Tovuz"un Müşahidə Şurasının sədri Oqtay Abdullayev Premyer Liqada oynamaq şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz hələ də Premyer Liqada iştirak edəcəyimizə ümid bəsləyirik. Bizim bircə çatışmazlığımız var, bu da maliyyə məsələsi ilə bağlıdır. Hazırda bir yerli biznesmendən zəng gözləyirəm. O, komandanı öhdəsinə götürmək istəir. Bu məsələni vaxtında həll edə bilsək, mümkündür ki, Premyer Liqada oynamağa icazə alaq. Hələ gözləyirəm. Həmin biznesmen yaxın günlərdə cavab verməlidir".
