7 iyun 2016 14:00

Tələbələr arasında ölkə çempionatının qalibləri müəyyənləşdi

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, AFFA, Azərbaycan Futzal Federasiyasının dəstəyi, Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında ilk dəfə təşkil edilən futzal üzrə ölkə birinciliyinə Bakı İdman Sarayında yekun vurulub. Azerisport.az xəbər verir ki, üçüncü yer uğrunda keçirilmiş oyunda Azərbaycan Kooperasiya Universitetinin komandası ilə Azərbaycan Dövlət İqtisad Universitetinin komandası qarşılaşıb.

Oyunun əsas vaxtı 6:6 hesabı ilə başa çatdığından qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən İqtisad Universitetinin komandası 3:2, ümumi hesabda isə 9:8 hesabı ilə qalib gəlib.

Final oyununda isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası ilə Bakı Dövlət Universitetinin komandası qarşılaşıb. Rəqibini 9:2 hesabı ilə məğlub edərən ADBTİA-nın komandası ölkə birinciliyinin qalibi olub.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Malik Rəhimov (ADBTİA) turnirin ən yaxşı qapıçısı, Orxan Qəhrəmanov (AKU) ən yaxşı müdafiəçisi, Əhməd Tağıyev (ANSU) ən yaxşı yarımmüdafiəçisi, Mirağa Balacayev (AİU) ən yaxşı oyunçusu, Cavid Rəhimov (BDU) isə ən yaxşı məşqçisi seçilib. Nuralı Əsədov (BDU) isə birinciliyin bombardiri olub.

Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Tələbə Futbolu Federasiyasının prezidenti Firudin Qurbanov və futbol veteranları təqdim ediblər.

Əsasnaməyə uyğun olaraq ilk 4 yeri tutmuş komandalara kubok, medal, diplomlar və AFFA tərəfindən pul mükafatı verilib.

Qeyd edək ki, aprelin 19-da start göturən ölkə birinciliyində 40 komanda və 800-dək tələbə iştirak edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.