7 iyun 2016 13:00
Yunis Hüseynov: İnanmıram ki, XL rəhbərliyi klubun adını dəyişə
"Xəzər Lənkəran"ın icraçı direktoru Yunis Hüseynov klubun adını dəyişib, yenidən elitaya dönmək şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Məlum qərardan sonra heç nə dəyişməyib. Şübhəsiz ki, klub yoxdursa, mənim də işim yoxdur. Sadəcə, rəsmi olaraq "Xəzər Lənkəran"ın icraçı direktoru hesab olunuram. Hələ rəhbərliklə danışmamışam. Ona görə də necə olacağını bilmirəm. Amma mən yenə də inanıram ki, artıq növbəti mövsümdən elitaya qayıdacağıq.
Eşitmişəm ki, klub adını dəyişməklə yenidən çempionata qayıda bilər. Amma mən inanmıram ki, rəhbərlik klubun adını dəyişdirməyə razı olsun".
