7 iyun 2016 12:40

Rövnəq Abdullayev: Heç bir kluba güzəşt olmayacaq

AFFA prezidenti Rövnəq Abdullayev bu gün baş tutan İcraiyyə Komitəsinin iclasında müzakirə olunan məsələlərlə bağlı açıqlama verib. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

"Klublara daha bir həftə vaxt verildi ki, onlar lisenziya ilə bağlı qalan problemlərini həll edib, yenidən müraciət etsinlər. Əks halda çempionatın 8 klubla keçirilməsinə qərar verəcəyik. Biz hər şeyin qaydalar çərçivəsində olmasını istəyirik. Yəni, elitada son iki yeri tutan klub birinci diviziona düşsün, aşağı dəstədən də ilk iki yeri tutan Premyer Liqaya yüksəlsin. Ötən mövsüm "Rəvan"a güzəştə getdik. Amma bu komanda xal yığmaq əvəzində, FİFA tərəfindən cəzalandırıldı. Bu mövsüm güzəşt olmayacaq. UEFA hazırda federasiyalarda monitorinqlər aparır. Təbii ki, Azərbaycan futbolunu da diqqətlə izləyirlər. Hər şey qaydalar çərçivəsində olmalıdır. Buna görə də heç bir güzəştdən söhbət gedə bilməz".

Onun sözlərinə görə, çempionat 8 klubla keçirilsə, format dəyişməz olaraq qalacaq: "8 klub da olsa, dörd dövrəli çempionat keçirəcəyik. Əlbəttə, çempionatın səviyyəsi enəcək. Biz də bunu başa düşürük. Amma başqa çıxış yolu yoxdur. Bir həftə sonra yenidən toplanacağıq. Klublara kömək etmək istəyirik".

Abdullayev "Xəzər Lənkəran" və "Bakı" kimi klublara kömək etməyin mümkünlüyünə də toxunub: "Bu, artıq real deyil. "Xəzər Lənkəran"la "Bakı"nın ciddi problemləri var. Təsadüfi deyil ki, FİFA "Bakı"nın hesabından 15 xal sildi. Hər iki klubun böyük maliyyə problemləri var. Ona görə elitada çıxış edəcəklərinə inanmıam. Biz bu klublara stadionlarını saxlamaq üçün müraciət etmək istəyirik. Amma onlara maliyyə köməyi göstərmək ağırdır. Çünki çox ciddi məbləğdə borcları var".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.