7 iyun 2016 12:00
Çertoqanov: Kifayət qədər oynadığımı düşünürəm
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Çertoqanov futbolçu karyerasını başa vurmaq istəyir. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hələ ki, istirahət edirəm, yorğunluğumu çıxarmağa çalışıram. Bu üzdən növbəti mövsümlə bağlı planlar qurmuram. Amma böyük ehtimalla, yeni mövsümdə oynamayacağam. Etiraf edim ki, təklif də yoxdur. Digər tərəfdən, kifayət qədər oynadığımı düşünürəm. Buna görə də karyeramı başa vurmaq lazımdır".
Qeyd edək ki, Çertoqanov son mövsümü "Sumqayıt"da keçirib.
