7 iyun 2016 00:10
Saşa Yunisoğlu: Premyer Liqada 8 yox, daha çox klub oynamalıdır
"Rəvan"ın müdafiəçisi Saşa Yunisoğlu Premyer Liqanın yeni mövsümünün 8 klubla keçirilməsini istəmir. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yanvardan bəri deyirdilər ki, bu mövsüm elitanı heç bir klub tərk etməyəcək. Amma hər şey fərqli oldu. Hətta eşitmişdim ki, birinci diviziondan da iki komandanı Premyer Liqaya gətirmək istəyirlər və 12 komandalı çempionat keçiriləcək. Lakin hazırda elitada oynaya biləcək cəmi 8 klub qalıb. Şəxsən mən 8 komandalı çempionatın əleyhinəyəm. Premyer Liqada daha çox komanda çıxış etməlidir".
