6 iyun 2016 17:00
Həmyerliləri Qriqorçuku tək qoymağa hazırlaşır
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk həmyerlisi olan köməkçilərinin xidmətindən məhrum ola bilər. Azerisport.az xəbər verir ki, Mixail Savka və Stepan Matveyev ailə vəziyyətinə görə Ukraynaya qayıtmaq arzusunu dilə gətirib.
Bunu klubun baş meneceri Zaur Əzizov saytımıza açıqlamasında söyləyib: "Onlar bizə getmək istədiklərini dedilər. Amma hələ yekun qərar qəbul olunmayıb. Yalnız onların yekun qərarından sonra hansısa addımlar ata bilərik".
