6 iyun 2016 16:20
Qəbələ Gürcüstan klubları ilə qarşılaşacaq
"Qəbələ"nin Gürcüstan toplanışı çərçivəsində qarşılaşacağı rəqiblərin adları bəlli olub. Azerisport.az xəbər verir ki, Roman Qriqorçuk komandasını yerli "Dila" (Qori) və "Sioni" (Bolnisi) klubları ilə yoxlama oyunlarında sınaqdan keçirəcək.
Qeyd edək ki, "Qəbələ" qonşu ölkədə üç yoxlama oyunu keçirməyi planlaşdırıb. Həmin görüşlər iyunun 18, 22 və 26-da baş tutacaq.
