6 iyun 2016 15:00
Qarabağın Avstriyadakı bir rəqibi bəlli oldu
UEFA Çempionlar Liqasına Avstriyada hazırlaşacaq Azərbaycan çempionu "Qarabağ"ın ilk sınaqçı rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Ağdam klubu İnsbruk "Vakker"i ilə qarşılaşacaq.
Sözügedən komanda Avstriya çempionatında iştirak edir. Bu rəqiblə görüş iyunun 25-də keçiriləcək.
