6 iyun 2016 13:40
Kayratın prezidenti: Artıq Azərbaycan yığmasına qibtə etməmək olar
Qazaxıstanın "Kayrat" klubunun prezidenti Kayrat Orazbekov ölkəsinin yığma komandasının dünya çempionatında Argentina, Kosta Rika və Solomon adaları ilə bir qrupda yer almasına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Əslində, F qrupuna da düşə bilərdik. Hansı ki, orada İran, İspaniya və Mərakeş yığmaları yer alıb. Səbətdə iki komanda qalmışdı - Azərbaycan və Qazaxıstan. "Ölüm qrupu"na qonşu ölkə komandası düşdü. Artıq onlara qibtə etmək olmaz. Avropa, Asiya nəhəngləri ilə oynamaq asan olmayacaq". (Vesti.Kz)
