6 iyun 2016 13:00
Tural Cəlilov: Daha 2 klubdan təklif almışdım
"Zirə"nin yeni transferi Tural Cəlilov paytaxt klubuna keçidindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Üç klubdan təklif almışdım. Onların hamısı yerli klublar idi. Niyə "Zirə"ni seçdim? Çünki bu klub mövsümün gedişində özünü göstərməyi bacardı. Həm də özümə ən uyğun komanda kimi bunu gördüm. Ümid edirəm ki, bu keçidim hər kəs üçün uğurlu olacaq. Qarşıdakı mövsümü də ən azı geridə qalan mövsümdəki kimi uğurlu keçirməyə çalışacağıq".
