6 iyun 2016 11:20
Abışov İrana gedəsi olmadı
Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun İranın "İstiqlal" klubundan təklif aldığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, bu transfer böyük ehtimalla baş tutmayacaq.
Belə ki, İran kubokunun finalında məğlubiyyətdən sonra sözügedən komandadanın baş məşqçisi istefa verib. Belə olan halda "İstiqlal"ın Abışovla bağlı planlarının da dəyişəcəyini gözləmək olar.
