6 iyun 2016 11:00

Vəli Qasımov: Minimum hədəf bürünc medal qazanmaq olacaq

"Neftçi"nin baş məşqçisi Vəli Qasımovun azerisport.az saytına müsahibəsi

- Müşahidə Şurası sizi baş məşqçi postunda saxlamağa qərar verdi. Siz yeganə namizəd idiniz?
- Bu suala cavab verə bilmərəm. Çünki məni Müşahidə Şurasına artıq haqqımda qərar verdikdən sonra dəvət etdilər.

- Müqavilənin müddəti nə vaxta qədərdir?
- Biz hələ müqavilə imzalamamışıq. Amma ən azı bir il buradayam.

- İdman direktoru postunda da qalırsınız?
- Müvəqqəti. Hələ həmin posta yeni adam tapa bilməyiblər. İki vəzifədə çalışmaq çətindir. Kim gələ bilər? Bu sual artıq mənimlə müzakirə olunmamalıdır.

- İstirahətiniz hələ davam edir?
- İstirahət hələ başlamayıb (gülür). Böyük ehtimalla daha istirahət etməyəcəyəm. Buna vaxt yoxdur. Həlli vacib çoxlu məsələ var.

- "Neftçi" bu transfer pəncərəsində çox sakit görünür. Kimlərin gedəcəyinə, kimləri alacağınıza qərar verməmisiniz?
- Təxmini olaraq kimlərin gedəcəyini bilirəm, amma yekun qərar verməmişəm. Çünki hər şey yeni transferlərdən asılı olacaq.

- Müşahidə Şurası büdcəni də müzakirə edib. Artım var?
- Büdcə ilə bağlı detalları açıqlaya bilmərəm. Amma heyəti gücləndirmək lazımdır. Yaxşı oyunçular almalıyıq. Gənclərin çoxluğu yaxşıdır. Amma təcrübəli futbolçular olmasa, nəticə qazanmaq çətin olacaq. Legioner futbolçularla güclənəcəyik.

- Son dövrlər Vaqif Cavadovla Kamran Ağayevin "Neftçi"yə keçəcəyi barədə xəbərlər dolaşır. Onlarla maraqlanırsınız?
- Biz artıq bu məsələdə gecikirik. Bu həftə yeni transferlərlə bağlı məsələyə aydınlıq gətirməliyik. Amma qeyd etdiyiniz futbolçularla bağlı sizə dəqiq heç nə söyləyə bilmərəm.

- Qarşınıza hansı hədəflər qoyuldu?
- Premyer Liqada mükafatlar uğrunda mübarizə aparacağıq. Minimum hədəf bürünc medal qazanmaqdır. Avropa Liqasına gəlincə, heyəti gücləndirə bilsək, ən azı iki mərhələ keçmək istəyirik. Gənc futbolçularla çox uzağa gedə bilmərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.