6 iyun 2016 00:30
Buranello: O, Azərbaycan milli komandasına böyük işlər görəcək
Futzal üzrə Azərbaycan yığmasının sabiq qapıçısı Laersio Buranello Miltinyonun baş məşqçi postuna gətirilməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan yığmasına Miltinyonun gətirildiyini eşidəndə sevindim. Onun rəhbərliyi altında 2001-ci ildə oynamışam. Azərbaycanda böyük işlər görəcəyinə inanıram. Miltinyonun ölkənizdə özünü yaxşı tərəfdən göstərməsi üçün hər cür keyfiyyətləri var.
Mənə gəlincə, Azərbaycana qayıtmağa hazıram. Amma hər şey məndən yox, Zaur Axundovdan asılıdır".
