5 iyun 2016 15:30

Kamran Quliyev: Müsahibələr onu korlaya bilər

"Sumqayıt"ın prezidenti Kamran Quliyevin azerisport.az saytına müsahibəsi

- Bir ay öncəsi müsahibənizdə "Sumqayıt"ı heç kimin tərk etməyəcəyini demişdiniz. Amma çempionat bitən kimi Səlahət Ağayev, Slavik Alxasov, Ağabala Ramazanov və Pərdis Fərcad-Azad "İnter"ə üz tutdu...
- Mən belə söz deyə bilmərəm. "Sumqayıt"ı tək bu dörd futbolçu yox, digərləri də tərk edib. Hansı futbolçular baş məşqçinin planlarına daxil deyildi, onlarla yollar ayrılıb. Səlahət, Slavik, Ağabala və Pərdis yaxşı təklif aldığı üçün getdilər. Başqa səbəb yoxdur. Samir Zərgərovla Tərlan Quliyev niyə "İnter"ə keçdi? Təbii ki, yaxşı pul alacağı üçün. Bu, futbolda normal haldır.

- Komandanızın növbəti mövsüm üçün hədəfi nədən ibarət olacaq?
- Bu sualınıza avqustun 1-də dəqiq cavab verə biləcəyəm. Çünki hələ transferlərlə bağlı yekun qərar bəlli deyil. Legioner almaq məsələsi də açıq qalır. Qərarı klubun Müşahidə Şurası verəcək. Amma hazırda yerli futbolçulardan bəzisi ilə danışıq aparırıq. Hələlik, ad açıqlamaq istəmirəm.

- Niyə?
- Çünki biz hansı futbolçu ilə maraqlanmağa başlayırıqsa, onunla digər komandalar da danışıqlara başlayırlar.

- Amil Yunanovun yığmadakı oyunlarını izlədiniz?
- Amil yığmada debüt etdi, Andorraya qarşı oynadı. Hər şey birdən-bir olmur. Yunanov da öz üzərində daha çox çalışmalıdır. Amilə inanırıq. O, hələ öz sözünü deyəcək.

- Bir dəfə saytımıza müsahibənizdə demişdiniz ki, Amili elə qiymətə satacaqsınız ki, həmin pulla Azərbaycana ikinci Reynaldonu gətirmək mümkün olacaq. Maraqlıdır, həmin açıqlamadan sonra Amilə "elçi düşən" olub?
- Biz ondan sonra Amillə müqavilə imzaladıq və qiymətini də qaldırdıq (gülür). Reynaldo "Qarabağ"a, Amil isə bizə lazımdır. O, gəncdir, üzərində daha çox çalışmalıdır. Son dövrlər mətbuatın onunla çox maraqlandığını görürəm. Amma xahiş edirəm ki, ondan çox müsahibə almayıb. Qoy daha çox məşq etsin, oyunu barədə düşünsün. Müsahibələr onu korlaya bilər. Bunu dəfələrlə görmüşük.

- Ev oyunlarınızı keçirdiyiniz stadionun azarkeş tutumunu artırmağı düşünmürsünüz?
- İndi bu məsələ gündəmdə deyil. Həm də stadionun sahibi biz deyilik.

- Bəs qazonla bağlı hansı planlar var?
- Qazonu yoxladıq, hər şey qaydasındadır. Hansısa dəyişiklik nəzərdə tutulmayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.