5 iyun 2016 15:00
"Kamranla Səlahəti müqayisə etmək istəməzdim"
"İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidovun Kamran Ağayevin komandadan ayrılmasına və Səlahət Ağayevin bu kluba qayıtmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kamran Ağayev dostumdur, amma Səlahət Ağayevlə də yaxşı münasibətim var. Kamranın klubu tərk etməsi normaldır. Səlahət isə öz komandasına qayıtdı. İstənilən halda futbolçu transferləri ilə bağlı qərarları klub rəhbərliyi, məşqçilər korpusu verir. Hər iki qapıçıya uğurlar arzulayıram. Kamranla Səlahəti müqayisə etmək istəməzdim".
