5 iyun 2016 13:30
Kaka: Azərbaycan dünya çempionatında çətin qrupa düşüb
"Neftçi"nin sabiq braziliyalı baş məşqçisi Kaka həmyerlisi Miltinyonun Azərbaycan yığmasının sükanı arxasına gətirilməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"O, yaxşı məşqçidir. Braziliya futzalında da kifayət qədər tanınmış mütəxəssisdir. Miltinyonun yığmanıza köməyi dəyəcək. Azərbaycan dünya çempionatında çətin qrupa düşüb. Amma buna baxmayaraq, komandanıza uğurlar arzulayıram. Ümid edirəm ki, yaxşı nəticəyə nail ola biləcəksiniz".
