5 iyun 2016 12:30

Murad Səttarlı: Bunun müzakirəyə ehtiyacı yoxdur

Azərbaycan yığmasının yarımmüdafiəçisi Murad Səttarlının azerisport.az saytına müsahibəsi

- Yığmamızın Avstriyadakı 10 günlük toplanışını necə qiymətləndirə bilərsiniz?
- Bütövlükdə, toplanış çox yaxşı keçdi. Baxmayaraq ki, uşaqların hamısı ağır bir mövsümdən sonra bu toplanışa yollanmışdı. Əsas odur ki, biz bu hazırlıq prosesində üç yoxlama oyunu keçirdik. Düzdür, təəssüf ki, onların heç birində qələbə qazana bilmədik. Andorra (0:0) və Kanada (1:1) ilə heç-heçə etdik, Makedoniyaya (1:3) uduzduq.

- Son oyun - Kanada ilə görüş barədə fikirləriniz maraqlıdır...
- Maraqlı oyun oldu. Bu görüşdə qələbə qazanmalıydıq. Bunun üçün yetərli şansımız da oldu. Amma yenə də ələ düşən qol şanslarından yaxşı yararlana bilmədik. Heç-heçənin əsas səbəbi də məhz bu oldu. Buna baxmayaraq, Kanada ilə heç-heçənin pis nəticə olmadığını düşünürəm.

- Üç yoxlama oyunu arasında müqayisə aparsaq, hansını fərqləndirərdiniz?
- Makedoniya ilə oyunu. Xüsusilə də həmin matçın ikinci hissəsini. Təəssüf ki, həmin oyunda da çoxlu qol şansını boşa verdik.

- Üç oyun cəmi iki qol, onları da penaltidən...
- Düzdür, qolları penaltidən vurduq. Amma hər halda onları qazanmağı da bacarmaq lazımdır.

- Robert Prosineçki sizə oynamaq üçün kifayət qədər şans verdi?
- Fikrimcə, o, mənə yenə də şans verəcək və özümü yaxşı tərəfdən göstərə biləcəyəm.

- Bu heyətlə, belə oyunla millimiz DÇ-2018-in seçmə mərhələsində nəyə ümid edə bilər?
- Biz seçmə mərhələyə San Marinoya qarşı oyunla start verəcəyik. Bu komandaya qalib gəlməyə borcluyuq. Bunun heç müzakirəyə də ehtiyacı yoxdur.

- Qrupdakı rəqiblərimizlə maraqlanırsınız?
- Əlbəttə, onların iştirak etdikləri oyunların nəticələri ilə maraqlanıram.

- Qrupun favoriti Almaniyadır. Daha hansı komandalarla işinizin çətin olacağını düşünürsünüz?
- Bəli, Almaniya favoritdir. Amma Çexiya da çox güclüdür. Onlara qarşı oynamaq çətin olacaq. Bir neçə gün öncə Rusiyaya qalib gəldilər.

- Qarşıdakı mövsüm üçün hansı planlarınız var?
- Hələ AZAL-da qalıb-qalmayacağıma dair yekun qərar verməmişəm. 2-3 günə hər şeyə aydınlıq gələcək. Başqa klublardan dəvət yoxdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.