5 iyun 2016 01:05
Almaniya qalib gəldi, San Marino darmadağına üzüldü
Ötən gecə dünyanın yaşıl meydanlarında milli komandalar arasında daha bir neçə yoxlama oyunu keçirilib. Azerisport.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimizdən də gücünü sınaq matçında yoxlayanlar olub.
Almaniya yığması Macarıstanla qarşılaşıb və inamlı qələbəyə sevinib.
Şimali İrlandiya Slovakiya ilə görüşdə qolsuz bərabərliyə razılaşıb.
Millimizin daha bir rəqibi San-Marino isə Xorvatiyaya biabırçı hesabla uduzub.
Yoxlama oyunları
4 iyun
Almaniya – Macarıstan - 2:0
Qollar: Lanq, 39-öz qapısına. Müller, 63.
Slovakiya - Şimali İrlandiya - 0:0
Xorvatiya - San Marino - 10:0
Qollar: Pyaça, 21. Mancukiç, 24; 36; 38. Srna, 25. Perişiç, 40. Rakitiç, 51. Kaliniç, 59; 73; 84.
