5 iyun 2016 00:05
Novruz Məmmədov Kəpəzə keçidindən danışdı
"Kəpəz"in yeni transferi Novruz Məmmədov Gəncə klubuna keçidindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kəpəz"ə kömək etmək üçün gücüm daxilində hər şeyi edəcəyəm. Bu komandadakı uşaqların əksəriyyəti yerli futbolçulardır. Bu, Gəncə klubuna keçidimdə əsas rola malikdir. Eyni zamanda bu komandanın böyük azarkeş kütləsinin olması da qərarıma təsirini göstərdi.
"Rəvan"a gəlincə, bu klubla müqaviləmin müddəti bitmişdi. Ona görə də ayrılmaq qərarına gəldim. Klubda heç kimlə danışmadım. Bunu gizlətmirəm. Çünki bu klubda hələ də problemlər var. Heç problemlərin nə vaxt həll olunacağını da demirdilər. Gözləməyə qərar versəydim, gecikə bilərdim".
