4 iyun 2016 16:00
Nelson Bonilya: Ermənilər bütün qol şanslarını dəyərləndirdilər, biz isə yox
Salvador yığmasının və "Zirə"nin hücumçusu Nelson Bonilya Ermənistana qarşı keçirdikləri yoxlama oyunundan (0:4) danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bəli, Ermənistana böyük hesabla uduzduq. Amma nə etmək olar? Sonadək mübarizə apardıq. Rəqib ələ düşən bütün qol şanslarından yararlandı. Biz isə heç birindən istifadə edə bilmədik. Son oyunlarımızda qələbə qazana bilmirik. Məğlubiyyətin səbəblərini açıqlamaq istəmirəm. Amma ölkəmizdə problemlər var".
Futbolçu həmçinin onunla Buxarest "Dinamo"sunun maraqlandığı barədə xəbərlərə də münasibət bildirib: "Dinamo"? Ciddi deyirsiniz? Məndə belə məlumat yoxdur".
