4 iyun 2016 15:00
Darko Nesteroviç: Top Azərbaycan yığmasının qapısına getmək istəmirdi
Bosniya və Herseqovinanın U-21 yığmasının baş məşqçisi Darko Nesteroviç Azərbaycanın gənclər millisinə qarşı keçirdikləri yoxlama oyunundan (0:0) danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Uşaqlar yaxşı oyunlarından birini sərgilədilər. Qələbə qazana bilməməyimiz çox məyus edir. Çünki bunun üçün yetərincə qol vəziyyətimiz var idi. Amma top rəqib qapısına getmək istəmirdi. Azərbaycan özünü yaxşı komanda kimi göstərdi. Bu komandaya növbəti seçmə mərhələ oyunlarında uğurlar arzulayıram".
