4 iyun 2016 14:30
Məhəmməd Mirzəbəyov: Kanada ilə oyunda xarakter göstərdik
Azərbaycan yığmasının müdafiəçisi Məhəmməd Mirzəbəyov Avstriya toplanışı çərçivəsində Kanadaya qarşı keçirilmiş yoxlama oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:
"Bu oyunda yaxşı nəticəyə nail olmaq istəyirdik. Komandada buna inam da var idi. Pis oynamadıq. Kanadalıların qapısı qarşısında xeyli qol vəziyyətimiz oldu. Rəqib sıradan komanda deyildi. İlk dəfə onlara qarşı oynayırdıq. Kanada güclü komandadır. Onlar Andorra və Makedoniyadan güclüdür. Məncə, bu rəqiblərə qarşı bir daha oynasaq, nəticə tamamilə fərqli olar. Kanada ilə görüşdə xarakter göstərdik".
