4 iyun 2016 13:30
Azərbaycan Belarusla yoxlama oyunu keçirəcək
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Belarusun müvafiq yaş qrupuna aid komandası ilə 2 yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, qarşılaşmalar iyunun 8-də və 10-da Bakı Olimpiya Stadionunun əsas meydanında təşkil olunacaq. Hər iki oyun saat 19:00-da başlayacaq. (AFFA)
