4 iyun 2016 13:00
Qəbələ gürcü yarımmüdafiəçi ilə razılığa gəldi
"Qəbələ" "İnter"in yarımmüdafiəçisi Nika Kvekveskirini heyətinə qatmağa yaxındır. Azerisport.az xəbər verir ki, bölgə klubu artıq gürcü futbolçu ilə razılığa gəlib.
Klubun baş meneceri Zaur Əzizovun saytımıza verdiyi məlumata görə, yaxın günlərdə Nika ilə bir illik müqaviləyə imza atacaqlar.
