4 iyun 2016 12:00
Qəbələnin sabiq futbolçusu Ukrayna klublarının diqqət mərkəzində
"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Aleksey Qay Ukraynanın iki klubunun maraq dairəsinə düşüb. Azerisport.az xəbər verir ki, onunla "Vorskla" və Odessa "Çernomorets"i yaxından maraqlanır.
Qeyd edək ki, Qay son mövsüm başa çatan kimi, Azərbaycan karyerasını başa vurduğunu və ölkəsində oynamaq istədiyini bildirərək, Ukraynaya qayıtmışdı.
