4 iyun 2016 11:30
Skott Erfild: Yaxşı rəqibə qarşı yaxşı test oldu
Kanada yığmasının yarımmüdafiəçisi Skott Erfild Avstriyada Azərbaycan yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
"Bu, yaxşı komandaya qarşı yaxşı bir test oldu. Fiziki yüklənmədən sonra baş məşqçinin bizdən tələb etdiyini həyata keçirməyə çalışdıq. Qol epizoduna gəlincə, Teşo Akindeleyə ötürmə etdim, o da hədəfə düşə bildi". (mlssoccer.com)
