3 iyun 2016 19:00
Anar Nəzirov: Kanada ilə oyunda bizə nəticə lazımdır
Azərbaycan yığmasının qapıçısı Anar Nəzirov Kanadaya qarşı keçiriləcək yoxlama oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Toplanışa üç qapıçı ilə gəlmişdik. Hərəmiz bir oyunda qapıda durmalı idik. Mən Andorra ilə oyunda meydanda oldum. Kanada ilə görüşdə də yəqin ki, maraqlı və gərgin keçəcək. Kanadalılar heyət baxımından Andorra və Makedoniyadan fərqlənirlər. Onların futbolçuları Türkiyədə, ABŞ-da, İngiltərədə oynayır. Amma biz bunun yoxlama oyunu olduğunu düşünüb, ruhdan düşmürük. Bizə nəticə lazımdır. Bunu hər kəs yaxşı dərk edir".
