3 iyun 2016 17:20

Nazim Süleymanov: Komandamız oyun planında yaxşı təsir bağışladı

Azərbaycanın U-19 yığmasının baş məşqçisi Nazim Süleymanov Makedoniyaya qarşı keçirilmiş ikinci oyundan (1:2) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

“Hesabı açsaq da, meydanı məğlub tərk etməyimiz bizi məyus etdi. Komandamız oyun planında yaxşı təsir bağışladı. Xüsusilə də hücum xəttindən razı qaldım. Müdafiədə əsasən də standart vəziyyətlər zamanı xırda səhvlərə yol verdik, boşluqlar yaratdıq, rəqib futbolçuya yaxın oynamadıq, nəticədə ikinci topu buraxdıq. Bu oyunda rəqibin qapıçısı da çox yaxşı çıxış etdi.

Fərid Nəbiyev qapıçı ilə təkbətək qalmışdı. Futbolçumuz ondan sıyrılmaq istəyərkən, rəqib qapıçı cərimə meydançasının kənarında Fəridi yıxdı. Hakim də haqlı olaraq qırmızı vərəqə göstərdi. Ümumi götürdükdə, bizim qol epizodlarımız daha çox oldu. İstifadə edə bilsəydik, lap yaxşı olardı. 

Təbii, birinci oyundan sonra Makedoniya Futbol Fereasiyasının rəsmilərinə narazılığımızı bildirdik. Çünki biz bura təlim-məşq toplanışına gəlmişik. Bu, yoldaşlıq oyunudu. Biz də istərdik ki, Makedoniya və Azərbaycan arasında hər zaman dostluq əlaqələri olsun. Hər zaman bu dostluq qələbə qazansın. Bugünkü oyundan sonra AFFA rəsmisi Zaur Hacı-Məhərrəmovla birgə həm hakimlərə, həm də federasiya əməkdaşlarına fikirlərimi çatdırdım. Bizə kömək etmək lazım deyil. Əsas məsələ gənc oyunçuların təcrübə toplaması, xarakterlərini formalaşdırması və püxtələşdirməsidi.

İlk növbədə yerli futbolçuların düşüncə tərzini qeyd edərdim. Xüsusilə də ikinci hissədə əvəzetmə həyata keçirdikdən sonra meydana çıxan futbolçunun komandaya kömək edə bilməməsi, gücləndirməməsi baş məşqçi kimi məni narahat edir. Hər bir futbolçu ilk “11-lik”də meydana çıxmaq istəyir. Ancaq bunun üçün çalışmaq lazımdı. “11-lik”də yer ala bilmirsənsə, ona veriləcək şansı gözləməlidi. Meydanda 10 və ya 15, bəlkə də 60 dəqiqə mübarizə aparacaq, bunun heç bir fərqi yoxdu, əsas olan oyunun tempini tutmaq, iş əmsalını yüksəltmək, faydalı olmaqdı. Futbolçulara bunu aşılamalıyıq. Hamı eyni qaydada hazırlaşmalıdı. 

İyunun 8-də və 10-da Bakıda iki beynəlxalq yoldaşlıq oyunu keçirəcəyik. Belarusun U-19 yığması ilə hər iki oyun Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu dəfə də toplanışa dəvət etdiyimiz futbolçuların hamısına şans verməyə çalışacağıq". 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.