3 iyun 2016 17:00

Lisenziya Komissiyasının elita arzusunda olan klublarla bağlı qərarı

AFFA Lisenziya Komissiyası bu gün yeni qərarını açıqlayıb. Azerisport.az sizi qurumun yaydığı yeni açıqlama ilə tanış edir:

"Lisenziya Komissiyasının mayın 16-da keçirilmiş iclasında növbəti mövsümdə Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş, lakin tələb olunan sənədləri tam həcmdə təqdim etməmiş klublara sənədlərin tamlığını təmin etmək üçün əlavə olaraq 14 gün vaxt verilmişdi.
 
Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclasında həmin klublar tərəfindən əlavə verilmiş 14 gün ərzində təqdim olunmuş sənədlərə baxılıb və klubların lisenziyalaşdırılması üzrə qaydalara (Buraxılış 2015) əsaslanmış müzakirələrdən sonra aşağıdakılar qərara alınıb:
 
2016-17-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

“Bakı” FK, “Xəzər Lənkəran” FK, “Qaradağ Lökbatan” FK, “Neftçala” FK, “Şərurspor” FK,  “Turan” Tovuz FK və “Zaqatala” FK.
 
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Xatırlatmaq istərdik ki, 16 may tarixində qəbul olunmuş qərara əsasən 2016-17-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilib:

AZAL PFK, "Kəpəz" PFK, "İnter" PİK,  "Qarabağ" FK, "Qəbələ" İK, "Neftci" PFK, Sumqayıt FK və “Zirə” FK.
 
Qeyd: Lisenziyalaşdırma Qrupu tərəfindən hazırlanmış hesabat AFFA rəhbərliyinə təqdim olunub. Mövcud vəziyyətlə bağlı yaxın zamanda İcraiyyə Komitəsinin iclasının keçirilməsi və müvafiq müzakirələrin aparılması nəzərdə tutulub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.