3 iyun 2016 15:00

Olimpiya çempionu Kəpəzin çıxışına qiymət verdi

“Çempionatın yekunlarına əsasən doğma komandamızın Avropa Liqasına vəsiqə qazanmasına hamı kimi mən də çox sevindim. “Kəpəz” bununla minlərlə azarkeşin arzusunu həyata keçirmiş oldu. Buna görə komandaya minnətdarıq”.

Azerisport.az xəbər verir ki, bu sözləri Olimpiya çempionu Toğrul Əsgərov deyib. Gəncə klubunun rəsmi internet saytına danışan güləşçi daha sonra bunları əlavə edib:

“Hələ çempionat başlayanda komandamızdan çox şey gözlənilmirdi. Çünki heyət yeni yığılmış, sıfırdan komanda formalaşdırılmışdı. Bu səbəbdən də heç kim inanmazdı ki, “Kəpəz” Avropaya vəsiqə əldə edəcək. Amma klub üzərinə düşəni lazımınca edib, ümidləri doğrultdu. Əslində azarkeşlər həmişə sevimli komandadan uğur gözləyib. Düzü, bu il mükafatçılar sırasına da düşə bilərdik. Amma son turlarda önəmli xallar itirməyimiz buna mane oldu. Məncə, təəssüflənməyə dəyməz. “Kəpəz” bu gedişlə tezliklə əvvəlki əzəmətini özünə qaytaracaq”.
 
Gəncə güləş məktəbinin yetirməsi olan Əsgərov “sarı-göylər”in sadiq azarkeşi kimi tanınır. Uşaqlıqdan Nizami yurdunun təmsilçisinə könül verən pəhləvan ötən mövsüm ərzində komandanın bəzi ev və səfər oyunlarını tribunadan canlı izləyib: “Gəncədə həmişə futbola maraq böyük olub. Klub yüksək liqaya çıxan kimi komandaya diqqət daha da artdı. Azarkeşlər oyundan-oyuna şəhər stadionunu doldurmağa başladılar. Ən çox tamaşaçı da məhz “Kəpəz”in oyunlarına gəldi. Mən özüm də imkan tapan kimi görüşləri stadiondan izləməyə can atırdım. Məşqlər və yarışlarla bağlı həmişə buna imkan olmasa da, ürəyim daim “Kəpəz”lə idi”.
 
Toğrul Avropa Liqasında komandaya uğurlar da arzulayıb: “16 ildən sonra komanda qitə miqyaslı turnirdə çıxış edəcək. Bu məqam olduqca qürurvericidir. “Kəpəz”in Avroliqaya çıxmasının özü bir uğurdur. İkinci nailiyyət mərhələ adlamağımız olar. Mən kollektivə uğurlar arzu edirəm, inanıram ki, çempionatda olduğu kimi Avropada da üzümüz güləcək. Azarkeşləri komandaya dəstək olmağa çağırıram. Özümə gəlincə, qarşıda Rio Olimpiya Oyunları var, hazırda bu yarışa gərgin məşqlər gedir. İmkan olarsa, komandanın ev matçını mütləq izləməyə gələcəyəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.