3 iyun 2016 13:40
Joze Alesio: Miltinyo ilə birgə işləmişəm, nəyə qadir olduğunu bilirəm
Futzal üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Joze Alesio, Miltinyonun milli komandamıza baş məşqçi təyin olunmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında braziliyalı mütəxəssis bunları söyləyib:
"Miltinyo Azərbaycan üçün çox yaxşı variantdır. O, çox ağıllı və təcrübəli mütəxəssisdir. Onunla birgə çalışmışam və nəyə qadir olduğunu bilirəm. Fikrimcə, o, Azərbaycana kömək edəcək. Düzdür, dünya çempionatının startına çox az vaxt qalıb. Amma hazırlığa tez başlasalar, hər şey yaxşı olacaq. Miltinyo Azərbaycanı mundiala yaxşı hazırlayacaq. Ona uğurlar arzulayıram".
