3 iyun 2016 13:20
Prosineçki Kanada ilə oyun üçün heyəti müəyyənləşdirdi
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Kanada ilə yoxlama oyunu üçün start heyətini müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, o, ilk dəqiqələrdən bu heyəti meydana buraxacaq:
Kamran Ağayev, Maksim Medvedev, Pavel Paşayev, Rəşad Sadıqov, Adil Nağıyev, Qara Qarayev, Eddi İsrafilov, Dmitri Nazarov, Namiq Ələsgərov, Əfran İsmayılov, Ruslan Qurbanov.
Qeyd edək ki, Kanada - Azərbaycan matçı saat 21:00-da start götürəcək.
