3 iyun 2016 13:00
Robert Prosineçki: AÇ-də Azərbaycanın rəqiblərini izləyəcəyəm
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Avstriya toplanışı başa çatandan sonrakı planları barədə danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Avstriya toplanışı bitəndən sonra Fransaya yollanacağam. Avropa çempionatında DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimizi izləyəcəyəm". (Mozzart Sport)
Qeyd edək ki, AÇ-də yığmamızın rəqiblərindən Almaniya, Çexiya və Şimali İrlandiya mübarizə aparacaq.
