3 iyun 2016 12:40
Amil Yunanov: Kanadaya qarşı oynamaq üçün şans gözləyirəm
Azərbaycan yığmasının hücumçusu Amil Yunanov bu gün Kanadaya qarşı keçiriləcək yoxlama oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, toplanış çərçivəsində son oyunumuzdur. Ciddi hazırlaşmışıq. Kanada yığmasının güclü rəqib olduğunu başa düşürük. Bizi çətin oyun gözləyir. Amma uğur əldə edəcəyimizə, qələbə qazanacağımıza inanırıq. Əvvəlki oyunlarda qələbə qazana bilmədik. Amma bu dəfə qalib gəlməyimiz lazımdır. Robert Prosineçkidən şans gözləyirəm. Meydana çıxsam, qələbə qazanmağımız üçün əlimdən gələni edəcəyəm".
