3 iyun 2016 12:00

Məhəmməd Mirzəbəyov: Hələ millidə əsas heyət üzvünə çevrildiyimi deməzdim

Azərbaycan yığmasının və "Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyovun azerisport.az saytına müsahibəsi

- Avstriya toplanışı necə gedir?
- Çox yaxşı. Komandada atmosfer normaldır. Təəssüf ki, əvvəlki iki oyunumuzda qələbə qazana bilməmişik. Yalnız buna təəssüflənirik.

- Andorra və Makedoniya ilə oyunlardakı uğursuzluqları nə ilə izah etmək olar?
- Problemlərimiz var. Qol vəziyyətlərindən yararlana bilmirik. Hər iki matçda xeyli qol vəziyyətimiz olduğu halda, onların yalnız birindən yararlana bilmişik. Daha çoxundan istifadə edə bilsəydik, nəticələrimiz fərqli olacaqdı.

- Hər iki matçda meydana çıxdığınızı nəzərə alsaq, Robert Prosineçkinin sizə güvəndiyini demək olar?
- Arif Daşdəmirovun bu toplanışda iştirak etmədiyini unutmamaq lazımdır. Prosineçki sol cinahda buna görə məni oynadır. Bu üzdən də əsas heyətin üzvü olduğumu deməzdim. Əsas rəsmi oyunlardır. Hər şeyə həmin oyunlarda aydınlıq gələcək.

- Yığmamız FİFA reytinqində özündən geridə yer alan komandalara qalib gələ bilmirsə, gələcəkdə komandadan nə gözləmək olar?
- Bu oyunların hər ikisində qələbə qazanmalıydıq. Andorra ilə görüşə tam heyətlə çıxmamışdıq. Amma hansı heyətlə oynamağımızdan asılı olmayaraq, belə bir rəqibi məğlub etməyə borclu idik. Makedoniya ilə oyunda da iki fərqli hissə oldu. İkinci yarıda hesabı bərabərləşdirməyə yaxın idik. Artıq bu oyunlar geridə qalıb. Həm də bunlar yoxlama görüşləridir. Bizim üçün daha vacib olan DÇ-2018-in seçmə mərhələ oyunlarıdır. Biz həmin matçlarda uğurlu çıxış etmək istəyirik. Əlbəttə, yoxlama oyunlarına da ciddi yanaşırıq. Hamımız çalışırıq. Lakin gördüyünüz kimi, alınmır.

- Qarşıdakı Kanada ilə görüşdə də nəticə vacib deyil?
- Düşünmürəm ki, oyunçulardan, məşqçilərdən hansısa bu oyunlara adi baxır. Hamımız qələbə qazanmaq istəyirik, bunun üçün çalışırıq. Azarkeşlərimiz də həmişə bizi dəstəkləyirlər, bizdən ancaq qələbə gözləyirlər.

- "Qəbələ" Avropa Liqasında ötən mövsüm nail olduğu uğuru təkrarlaya biləcək?
- Startda zəif, avrokuboklarda təcrübəsi olmayan rəqiblə düşməyimizi istərdim. Baxmayaraq ki, Avroliqada zəif rəqib olmur. Öncə püşkatmanı gözləməliyik. İstənilən halda uğur qazanmağa çalışacağıq.

- Sizin mövqeyinizdə oynayan Arif Daşdəmirovla Pavel Paşayevin "Qəbələ"dən ayrılması sizin üçün nə dərəcədə xoş xəbər oldu?
- Bunun mənə hansısa üstünlük verdiyini deməzdim. Əksinə, onlar üçün darıxacağam. Çox yaxşı futbolçulardı.

- "Qəbələ"ni təkcə bu iki futbolçu yox, bəzi legionerlər də tərk etdi. Avrokubokların startına isə elə də çox vaxt qalmayıb...
- Onları əvəz etmək çətin olacaq. Bu barədə nəsə deməkdə çətinlik çəkirəm. Yeni transferlərin kim olacağını toplanış zamanı görəcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.