3 iyun 2016 11:00
"İlk oyundakı məğlubyyətin əvəzini çıxmağa çalışacağıq"
Azərbaycanın U-19 yığmasının yarımmüdafiəçisi Murad Xaçayev bu gün Makedoniyaya qarşı keçirəcəkləri ikinci yoxlama oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk oyundakı məğlubyyətin (0:2) əvəzini çıxmağa çalışacağıq. Makedoniya yığması yaxşı komandadır. Təəssüf ki, Azərbaycan və Makedoniyanın əsas yığmaları arasındakı oyunu izləyə bilməmişdim".
O, həmçinin rumıniyalı Mirça Luçeskunun Donetsk "Şaxtyor"undan ayrılmasından sonra bu klubdakı gələcək taleyi barədə də danışıb: "İstənilən futbolçu belə bir güclü mütəxəssislə çalışmaq istərdi. Onun gedişindən sonra hansı dəyişikliklərin olacağını deyə bilmərəm. Bunu zaman göstərəcək. Amma mən "Şaxtyor"da qalıram".
