3 iyun 2016 00:35
Millimizin müdafiəçisi: Bu dəfə qalib gəlsək də, yenə hakim səhvləri çox idi
Azərbaycanın U-21 yığmasının müdafiəçisi Sərtan Taşkın Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində yerli həmyaşıdlarına qarşı keçirdikləri ikinci yoxlama oyunundan (2:1, ilk oyun 1:4) danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Maraqlı oyun alındı. Biz sonadək mübarizə apardıq. Sloveniyalılara qarşı keçirdiyimiz ilk oyunu yaxşı analiz etmişdik. Həmin görüşdəki səhvləri təkrarlamamağa nail olduq. Revanş almağı bacarmağımız da vacib idi. Bu dəfə də ilk oyundakı kimi, 11 yox, 14 nəfərə qarşı mübarizə aparırdıq. Hakim səhvləri çox idi. Artıq Bosniya və Herseqovina ilə oyuna hazırlaşırıq. Asan olmayacağını bilirik. Yaxşı oyun göstərib, nəticə qazanmağa çalışacağıq".
