3 iyun 2016 00:25
Yığmamızın rəqiblərinin oyununda 7 qol
21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı 7-ci qrupda da bir oyun baş tutub.
Farer adaları doğma meydanda Finlandiya ilə qarşılaşıb. Görüş qonaq komandanın 6:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra 7-ci qrupun turnir cədvəlindəki vəziyyət belədir:
| 1 | Almaniya | 7 | 7 | 0 | 0 | 26 | 4 | +22 | 21 |
| 2 | Avstriya | 6 | 5 | 0 | 1 | 18 | 7 | +11 | 15 |
| 3 | Finlandiya | 6 | 4 | 0 | 2 | 12 | 7 | +5 | 12 |
| 4 | Azərbaycan | 8 | 2 | 1 | 5 | 7 | 18 | –11 | 7 |
| 5 | Rusiya | 6 | 1 | 1 | 4 | 7 | 13 | –6 | 4 |
| 6 | Farer adaları | 7 | 0 | 0 | 7 | 2 | 23 | –21 | 0 |
