2 iyun 2016 19:00
Adil Nağıyev: Kanada ilk iki rəqibimizdən daha güclü komandadır
Azərbaycan yığmasının və "Zirə"nin müdafiəçisi Adil Nağıyev sabah keçiriləcək Kanada ilə yoxlama oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fikrimcə, Kanada Makedoniya və Andorradan güclü komandadır. Buna görə də bizi daha çətin oyun gözləyir. Amma ümid edirəm ki, uğur qazana biləcəyik. Kanada FİFA reytinqində bizdən öndədir. Lakin meydanda reytinq oynamır. Kim daha güclü olacaqsa, o da qalib gələcək. Qələbə qazanacağımıza inanıram. Eyni zamanda meydana çıxacağıma da ümid edirəm. Robert Prosineçki məni meydana buraxsa, özümü yaxşı tərəfdən göstərmək üçün əlimdən gələni edəcəyəm. İstəyirəm ki, bundan sonra da məni yığmaya dəvət etsinlər".
