2 iyun 2016 18:30
Ansi Aqolli: Əsas hədəfimiz ÇL-in qrup mərhələsinə vəsiqə qazanmaqdır
"Qarabağ"ın və Albaniya yığmasının müdafiəçisi Ansi Aqolli komandasının avrokubokların yeni mövsümündəki hədəflərindən danışıb. Azerisport.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
"Avropa çempionatından sonra "Qarabağ"ın düşərgəsinə qayıdacağam. Klubla daha bir illik müqaviləm var və gələcəyim bu komanda ilə bağlıdır. Əsas hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır".
